Əfv Komissiyasının iclasında 100-dən çox müraciətə baxılıb - YENİLƏNDİ


  • 20:29 / 16 02 2021 |
  • Bölmə: Siyasət


Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

"Rupor"un məlumatına görə bu barədə APA -ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclas çox məhsurdar keçib:

"İclası komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev aparıb. İclada ilk dəfə olaraq İnsan Hüquqları üzrə Ombudsman Səbinə Əliyeva da iştirak edib. Komissiyanın bütün üzvləri iclasda təmsil olunurdu. Müzakirələr aparıldı. Güman ki, bir neçə dəfə iclaslarımız olacaq. Təxminən bu gün 100 artıq müraciətə baxıldı. Komissiya ardıcıl və məhsuldar işləyərək Novruz bayramına qədər müraciətlərə baxaraq yekunlaşdıracaq".

***
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında iclası keçirilir.
"Rupor" xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır.




Oxşar xəbərlər