Qırıcılar Yerevanda etirazçılara dəstək verdi - VİDEO


  • 16:13 / 25 02 2021 |
  • Bölmə: Siyasət


Ermənistanın paytaxtı Yerevan səmasında qırıcılar manevr edib.

"Rupor" Trendə istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat verib.

Məlumatda deyilir ki, baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.

Siyasi şərhçilərin fikrincə, bu qırıcılar Baş nazir Nikol Paşinyanla ordu arasında olan konfliktin davamdır. Ordu baş nazirə qarşı hərbi çevriliş planı hazırlayr. Artıq bu barədə N.Paşinyan da açıqlama verib və Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandıraraq. rəis Onik Qasparyanı vəzifəsindən azad etdiyini bildirib.  
 







Oxşar xəbərlər