Xarici jurnalistlər Dövlət Komitəsində oldular


  • 17:58 / 25 02 2021 |
  • Bölmə: Siyasət


Azərbaycanda səfərdə olan Qlobal Junalistlər Şurasının üzvləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüblər. Görüşdə Türkiyə, ABŞ, Yaponiya, İspaniya, İran, Böyük Briyaniya, Səudiyyə Ərəbistanı Krallığı və Livanın müxtəlif media orqanlarının təmsilçiləri iştirak ediblər. 

"Rupor" xəbər verir ki, Komitə sədri jurnalistlərə ötən əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşən Xocalı qətliamı, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törədilən vandalizm aktları, eləcə də münaqişə zonasından uzaqda   yerləşən yaşayış məntəqələrimizdə mülki əhalinin, azyaşlı uşaqların qətlə yetirilməsi barədə ətraflı məlumat verib. F.Muradov baş verən hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında, erməni yalanlarının ifşa olunmasında Azərbaycan diasporunun rolundan danışıb, xaricdə yaşayan azərbaycanlılara, hətta vəzifə borcunu yerinə yetirən diaspor jurnalistlərinə qarşı ermənilərin törətdiyi təxribatlarla bağlı ətraflı məlumat verib.

Rəhbəri olduğu Qlobal Qəzetəçilər Şurasının xətti ilə xarici jurnalistlərin dəfələrlə Azərbaycana gəldiklərini, Qarabağa səfər etdiklərini diqqətə çatdıran Mehmet Ali Dim Azərbaycanın Türkiyə üçün xüsusi yerini qeyd edib və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni edəcəklərini ifadə edib.

Görüşdə bu gün doğum günü olan Mehmet Ali Dimə Diasporla İş üzrə Dövlət Komitəsi adından təbrik təşəkkürnamə təqdim edilib.

 Sonda xarici jurnalistlərin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. 





Oxşar xəbərlər