Leyla Abdullayeva xarici jurnalistlərlə görüşdü


  • 18:36 / 25 02 2021 |
  • Bölmə: Siyasət


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkədə səfərdə olan əcnəbi jurnalistlərlə görüşüb.

"Rupor" xəbər verir ki, bu barədə XİN sözçüsü “Twitter”də bildirib.

“Azərbaycanda səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşmək və onlara mövcud regional vəziyyət barədə məlumat verməkdən məmnun oldum. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Ermənistanın insanlığa qarşı cinayətinin cəzasız qalmasına xüsusi diqqət ayırdıq”, - XİN sözçüsü qeyd edib.



Oxşar xəbərlər