Vilayət Eyvazovdan yeni təyinat


  • 14:04 / 27 02 2021 |
  • Bölmə: Siyasət


Şabran Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

"Rupor" xəbər verir ki, “Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri, polis general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cəmil Nəsirov Şabran RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

O, bu vaxta qədər həmin şöbədə Xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.




Oxşar xəbərlər