Konqresmen Azərbaycan naminə bəyanat verdi


  • 17:24 / 27 02 2021 |
  • Bölmə: Siyasət


ABŞ-ın Illinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib. 

Bəyanatda qeyd edilib ki: “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində  faciə baş verib. 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvbələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib.

29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirlimiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.

O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur dləyirəm"
Qeyd edək ki, Kam Bukner 26-cı dairədən  İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.

Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.



Oxşar xəbərlər