Mustafa Şentop Sahibə Qafarovaya təbrik ünvanladı


  • 13:50 / 29 05 2020 |
  • Bölmə: Siyasət


Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

"Rupor" xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova "Twitter" səhfəsində yazıb.

Mustafa Şentop həm öz adından, həm də TBMM üzvləri adından Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. 

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.



Oxşar xəbərlər