Kəlbəcərə humanitar yardım göndərildi


  • 12:11 / 30 03 2021 |
  • Bölmə: Siyasət / Bölgə


Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 15 yük avtomobilindən ibarət 80 ton humanitar yükün çatdırılmasını təmin edib.

Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən yayılan məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 15 hərbi avtomobildən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin sayca 11-ci karvanı 80 ton yükü Xankəndi-Suqovuşan-Kəlbəcər marşrutu ilə (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.

“Humanitar yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub. Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə, yeddi avtomobil karvanı ilə təxminən 1600 tondan çox yük daşınıb.



Oxşar xəbərlər