Mühafizə Bölməsinə rəis təyin edildi


  • 17:35 / 07 04 2021 |
  • Bölmə: Siyasət


Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib.

"Rupor" Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsinin rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.




Oxşar xəbərlər