Türkiyə və Azərbaycan orduları hər zaman bir yerdə çalışacaq - Hulisi Akardan açıqlamalar


  • 19:30 / 07 04 2021 |
  • Bölmə: Siyasət



Türkiyənin milli müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanla bağlı sevgi dolu fikirlər səsləndirib. 

"Rupor" APA-ya istinadən həmin fikirləri təqdim edir: 

“Biz bütün gücümüzlə minatəmizləyənləri Azərbaycana göndərmişik. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Minatəmizləyənlərimiz var gücü ilə çalışırlar. İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər".

"Türkiyə və Azərbaycan ordularının birgə əməliyyat-taktiki təlimləri həqiqətən əhəmiyyətlidir. Qarşıdakı günlərdə ölkəmizin, millətimizin, torpağımızın xarici təhdidlərə qarşı müdafiəsi bizim üçün çox önəmlidir. Biz buna hazır olmalıyıq. Türkiyə və Azərbaycan orduları birlikdə hər iki ölkənin vətəndaşlarının haqq və mənafeyini qoruya biləcək gücdədir".

"Azərbaycanlı qardaşlarımızla əməkdaşlığımızı davam etdiririk. Birlik və bərabərliyimiz Qarabağ ətrafında daha da möhkəmləndi. Bunu hər kəs gördü. Türkün gücü, türkün yumruğu erməninin başına dəydi. 30 ildən çoxdur davam edən işğal, zülm sona çatdı. Qarabağda qazanılan Qələbə tarixə qızıl hərflərlə yazılacaq. Türkiyə və Azərbaycan orduları hər zaman hər yerdə bərabər çalışa bilməlidir. Bunun üçün yüksək templə hazırlıqlarımızı görürük".



Oxşar xəbərlər