Qaziyə vəzifə verildi


  • 09:13 / 08 04 2021 |
  • Bölmə: Siyasət


Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

"Rupor" xəbər verir ki, icra başçısının əmri ilə bu vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Nicat Əlyar oğlu Quliyev təyin edilib.

Nicat Quliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.



Oxşar xəbərlər