"Düşmən bu əraziləri talayıb" - Nazir müavini - FOTOLAR - VİDEOLAR


  • 12:03 / 13 04 2021 |
  • Bölmə: Siyasət / Bölgə


Azərbaycanın Kütləvi İnformasiya Vasitələri təmsilçilərindən ibarət növbəti qrupun Ekologiya və Təbii Sərvətlər Nzirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş yurdlarımıza - Cəbrayıl və Qubadlı rayonlarına səfəri davam edir. 


"Rupor"un əməkdaşı xəbər verir ki, hazırda kiv nümayəndələri Lələtəpə yüksəkliyi yerləşən ərazidədirlər. ANAMA -nın nümayəndələrinin iştirakı ilə təhlükəli əraziyə daxil olan jurnalistlərə təlimat verilib. Xəbərdarlıq olunub ki, heç kəs marşurutdan kənara çıxmasın. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə məlumat verib ki, onlar Ohanyan səddindədirlər. 

Qeyd olunub ki, ərazidə tut bağları olub, işğaldan öncə geniş sahədə pambıq əkilib. Hazırda isə hər iki sərvət yerli-dibli məhv edilib: "Düşmən bu əraziləri talayıb".

Dilşad Xaqaniqızı - Cəbrayıl













Oxşar xəbərlər