Avropa çempionatında əcnəbilərə bu qaydada viza veriləcək - Prezident sərəncam imzaladı


  • 15:03 / 13 04 2021 |
  • Bölmə: Siyasət


Bakı şəhərində 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununda (üç qrup və bir 1/4 oyunu) iştirak edənlərə viza verilməsi qaydası müəyyənləşib.

"Rupor" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
 
- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
 
- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
 
- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.



Oxşar xəbərlər