Xaricilər Hərbi Qənimətlər Parkında - Fotolar


  • 15:32 / 13 04 2021 |
  • Bölmə: Siyasət

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Hərbi Qənimətlər Parkına baş çəkiblər.

"Rupor" APAya istinadən xəbər verir ki, qonaqlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən əldə olunmuş hərbi qənimətlərlə tanış olublar.

HəmçininŞ onlara Ermənistan tərəfindən Gəncə, Bərdə və Tərtər rayonlarına edilən raket hücumları və mülki əhalinin hədəfə alınması barədə məlumatlar verilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqlara Şuşaya atılan “İsgəndər-M” raketi barədə də məlumat verib. 




















































Oxşar xəbərlər