Jurnalistlər azad olunan ərazilərdəki çaylara balıqlar buraxdılar


  • 17:38 / 13 04 2021 |
  • Bölmə: Siyasət


Kütləvi İnformasiya Vasitələri təmsilçilərindən ibarət növbəti qrupun işğaldan azad olunmuş yurdlarımıza səfəri davam edir. 

"Rupor"un əməkdaşnın verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 60-a yaxın media nümayəndəsinin Cəbrayıl və Qubadlı rayonlarını səfəri zamanı Qubadlıdakı  Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel barıqları suya buraxılıb. 

Prosesdə jurnalistlər yaxından iştirak ediblər.

Nazirliyin Bioloji müxtəliflik xidmətinin rəisi Firudin Əliyevin KİV-ə verdiyi məlumata görə, min ədəd balıq çayın axınına doğru buraxılıb və belə olan təqdirdə onların çoxalması baş verir: "İşğaldan azad olunan ərazilərdə bu kimi işlər davam etdiriləcək. Gələcəkdə regionun təbiətinə uyğun digər heyvanların da ərazilərin meşələrinə buraxılacağı planlaşdırılır".

Dilşad 




Oxşar xəbərlər