Əli Əsədov Erkan Özoralla görüşdü


  • 20:55 / 14 04 2021 |
  • Bölmə: Siyasət


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

"Rupor" xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.



Oxşar xəbərlər