Ermənistanın baş naziri istefa verəcək


  • 21:50 / 14 04 2021 |
  • Bölmə: Siyasət


Ermənistanın baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprelin sonuncu 10 günündə vəzifəsindən istefa verəcək.

"Rupor"  xəbər verir ki, Paşinyan bunu parlamentin bugünkü iclasında açıqlayıb.

O qeyd edib ki, protokol qaydaları naminə yeddinci gün baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək: "Qalan fraksiyalar isə öz namizədlərini açıqlamayacaq. "Mənim addımım” fraksiyası məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Bununla da Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək”.




Oxşar xəbərlər