Ramiz Mehdiyev onu icraçı direktor təyin etdi


  • 15:03 / 07 05 2021 |
  • Bölmə: Siyasət


AMEA Yüksək Texnologiyalar Parkında (YTP) yeni vəzifə təyinatı olub.

"Rupor" xəbər verir ki, YTP-dən verilən məlumata görə, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur Nəhmətov YTP-nin icraçı direktoru təyin olunub.

Zaur Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.




Oxşar xəbərlər