Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edildi


  • 18:55 / 18 05 2021 |
  • Bölmə: Siyasət


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

"Rupor" xəbər verir ki, Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırıb. Muxtar Respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirən Zakari Qros səmimi qəbula görə minnətdarlıq edib. Səfir ölkələrimiz arasındakı münasibətlərin uzaq keçmişə dayandığını bildirib, Fransanın Azərbaycan və onun Naxçıvan Muxtar
Respublikası ilə əlaqələrinin əhəmiyyətini vurğulayıb.



Oxşar xəbərlər