Nazir istefa verdi - Ukraynada


  • 19:11 / 18 05 2021 |
  • Bölmə: Siyasət


Ukrayna Ali Radası növbədənkənar iclası zamanı iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı naziri İqor Petraşkonu vəzifəsindən azad edib.

"Rupor"  Ukrayna mediasına istinadən xəbər verir ki, qərarı 280 deputat dəstəkləyib. Ali Rada spikerinin mətbuat katibi Olqa Tuniy bildirib ki, istefa ilə bağlı Petraşko özü parlamentə müraciət edib.

KİV-in məlumatına görə, iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı naziri postuna Dövlət Vergi Xidmətinin başçısı Aleksey Lyubçenkonun gətirilməsi planlaşıdırılır.




Oxşar xəbərlər