2 QHT sədri İctimai Şuraya üzv seçildi


  • 17:20 / 04 06 2021 |
  • Bölmə: Siyasət


Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. 40 namizədin 15 yer uğrunda mübarizə apardığı seçkidə 220 vətəndaş cəmiyyəti institutu nümayəndəsi iştirak edib.

Səsvermədə  cəmi 2 QHT sədri  lazım olan səsi (iştirakçıların yarısan çoxunun səsini) toplaya bilib. “Konstitusiya” Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev  131 səslə,  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  119 səslə Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib.

İctimai Şuranın üzvü olmaq üçün 13 yer uğrunda mübarizə 38 vətəndaş cəmiyyəti institutu arasında davam edir.
Seçkinin 2-ci turu 7 iyul tarixində saat 10:00-dan 14:00-a kimi keçiriləcək
 
 2-ci tura qalan namizədlər:
 
 
 
S/nAdıTəmsil olunduğu vətəndaş cəmiyyəti
1Muradov Elməddin Nadir oğluJurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri və “Avtosfer.az” saytının təsisçisi
2Abbasbəyli Əhməd Nəbi oğluCəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı ictimai birliyinin sədri
3Hüseynov Tural Yadigar oğlu“İşgəncələrə qarşı Azərbaycan Komitəsi” ictimai birliyinin sədri
4Qasımov İlqar Manaf oğlu“Hüquqi Yardım” ictimai biriliyinin sədri                       
5Əliyev Şəmsəddin Mənsur oğlu“Polisə Dəstək” ictimai birliyinin sədri
6Aşumova Kəmalə Zabil qızı“Ümidli Gələcək” Sosial təşəbbüslər ictimai birliyinin icraçı direktoru
7Bənənyarlı Səadət İzzət qızı“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyinin sədri
8Səfərova Gülayə İsmayıl qızı“Ailə Dünyası” Ailələrə hüquqi yardım ictimai birliyinin sədri
9Becanov Rəfail Zəkəriyyə oğlu“İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri       
10Mustafazadə Ruslan Əsabəli oğlu“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyinin hüquqşünası
11Əhmədzadə Xanım Ağamirzə qızı“Hüquqşünas Qadınlar Assosiasiyası” ictimai birliyinin sədri
12Salmanov Elçin Fikrət oğlu“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” ictimai biriliyinin sədri
13Cəfərova Mətanət Əsgər qızı“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri          
14Adilov Nadir Adil oğlu“Avrasiya Hüquqşünaslar Assosiasiyası” Sosial təşəbbüslər ictimai birliyinin icraçı direktoru
15Əkbərov Fariz Vahid oğlu“Duyğu” Sosial Reabilitasiya ictimai birliyinin üzvü
16Ağazadə Kəmalə Yusif qızı“Azərbaycan Uşaqları” ictimai birliyinin sədri                 
17Sarıyev Anar Adil oğlu“Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” ictimai birliyinin sədri 
18Məmişov Elmari Cabir oğlu“Hüquqi Təhlil və Araşdırmalar” ictimai birliyinin sədrinin müavini
19Abdullayeva Mehriban Əli qızı“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri
20Cəfərova Novella Cəfər qızı“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyinin sədri                
21Kazımov Xalid Vahid oğlu“Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri
22Nurməmmədov Araz Mayıl oğlu“Gender Bərabərliyi” ictimai birliyinin idarə heyətinin üzvü
23Şahsuvarov Taleh Novruz oğlu“Sosial İnformasiya Agentliyi” MMC-nin təsisçisi və   direktoru, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru
24Muradlı Kəmalə Ağalar qızı“Müasir Azərbaycan Qadını” ictimai birliyinin sədri     
25Quliyev Zaur Yunis oğlu“Hüquq Dünyası” Hüquqi Təbliğat ictimai birliyinin sədri
26Adıgözəlov Zaur Nazim oğlu“Narkotizmlə Mübarizə” ictimai birliyinin sədri         
27Yusubova Qəmzə Xanlar qızı“Ekoloji Maarifçilik və Monitorinq” ictimai birliyinin sədri
28Əmirhüseynova Mahirə İmanqulu qızı“XXI Əsrin Qadınları” ictimai birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri
29Nəsirova İradə Polad qızı“Mərhəmət” Kimsəsizlərə yardım ictimai birliyinin sədri
30Qənizadə Çingiz Aşralı oğluDemokratiya və insan hüquqları komitəsinin təmsilçisi
31Qocamanlı Səltənət Məmməd qızı“İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliyinin sədri
32Zeyni Rauf Xurşud oğluAzərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti
33Alıyev Ramiz Şükür oğluİnsan Alverinə Qarşı Mübarizə Təşkilatı ictimai birliyinin sədri
34Abbasov Fuad Malik oğlu“MİSRA” İnformasiya mübadiləsi və təşəbbüsləri ictimai birliyinin üzvü
35Quliyev Aydın Alqulu oğluBakı Xəbər Qəzetinin baş redaktoru                            
36Bəydəmirli Əkrəm Əlisahib oğluSosial Rifah və Tədqiqatlar ictimai birliyinin sədri
37Məmmədova Sevda Daşdəmir qızı
 
Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədr müavini
38Əbilov Aydın Əhməd oğlu“Yeni Yazarlar və Sənətçilər” ictimai birliyinin sədri
 




Oxşar xəbərlər