Jurnalistlərin beynəlxalq təşkilatlara və beynəlxalq ictimaiyyətə müraciəti


  • 14:29 / 07 06 2021 |
  • Bölmə: Siyasət


Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun   iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilir:
 
“Media nümayəndələri  müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. 

Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov   iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar. 

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda  tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.

Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub.

Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının  həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.

Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən  media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.

Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq,  BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki,  Ermənistan silahlı qüvvələri  işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin   həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət  altında
saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin,  jurnalist təşkilatlarının  baş verənlərə duyarlı olmasını tələb edirik”.

Məmməd Gülməmmədov      Türkiyə           Haber Global  
Sevil Nuriyeva                        Türkiyə           Türkmedia Grup         
Natiq Nailəoğlu                      Türkiyə           Real TV 
Nigar Mahmudova                  Türkiyə          Haber Global  
İlhamə Qasımlı                        Türkiyə          müstəqil jurnalist        
Məhsəti Şərif                            Türkiyə         müstəqil jurnalist        
Könül Şamilqızı                       Türkiyə          müstəqil jurnalist        
Nigar Ögeday                          Türkiyə          müstəqil jurnalist                    
Vüqar Abbasov                       Niderland      connect təşkilatının rəhbəri, jurnalist
Xatirə Sərdarqızı                     Niderland      Real TV          
Tünzalə Rafiqqızı                    Almaniya       müstəqil jurnalist        
Fərahim Qasımov                    Almaniya       xeber.de          
Vahid İmanov                          İspaniya        müstəqil jurnalist
Səadət Kadırova                      Rusiya            politoloq, jurnalist                  
Şəhriyar İmanbəyli                  Rusiya            “Vostok”media-holdinqin vitse-prezidenti    
Xəyal   Tağıyev                        Rusiya            müstəqil jurnalist        
Nilufər Şıxlı                            Rusiya            Ria Novosti     
Ramiz Məşədihəsənli              Qazaxıstan     Türkel Media  
Əsli Xəlilqızı                           Türkiyə          müstəqil jurnalist        
Azər Cahangirov                     Rusiya            beynəlxalq jurnalist
Nailə Əfəndiyeva                   Rusiya             polska.ru saytının redaktoru  
İdrak Abbasov                        Norveç            İctimai Teleradio Şirkəti        
Azər Məmmədov                   Gürcüstan       müstəqil jurnalist        
Hicran Əliyeva                       Polşa               müstəqil jurnalist        
Vahid Qazi                             İsveç               müstəqil jurnalist        
Müseyib   Ələkbərov               Rusiya             news.ru saytının redaktoru
Oqtay Hacımusalı                  Türkiyə            müstəqil jurnalist
İlkin Hüseynov                       Gürcüstan       aktual.ge
Nahid Qurbanov                     Gürcüstan       interpress.ge
Ülkər Fərmanqızı                    Türkiyə           voicepress.com.tr



Oxşar xəbərlər