KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi üzv təşkilatlarda maarifləndirici görüşlərə başlayıb


  • 15:34 / 10 06 2021 |
  • Bölmə: Siyasət
 


Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin  baş mühasibi Mehman Məmmədov  "Həmkarlar ittifaqı budcəsi vəsaitlərinin formalaşması, xərclənmə istiqamətləri və şərtləri haqqında” təlimatın təşviqi məqsədilə bölgələrdə görüşlər keçirib.

Gəncə şəhəri, Samux, Göygöl, Gədəbəy, Şəmkir, Qazax, Daşkəsən rayonlarında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müəssisə və qurumlarda fəaliyyət göstərən ilk həmkarlar ittifaqları komitələrinin sədrləri və müsahibləri ilə keçirilən görüşlərdə maarifləndirici fikir mübadiləsi aparılıb, maliyyə münasibətlərinin təlimata uyğun qurulmasının əsas meyar kimi götürülməsi vacibliyi vurğulanıb. 

Təlimat həmkarlar ittifaqı büdcəsinin gəlirləri, xərcləri - mədəni kütləvi, idmanın tədbirlərinin keçirilməsi, maddi yardmların ayrılması, təsərrüfat işlərinin görülməsi, fəalların mükafatlandırılması, üzvlük haqlarının yuxarı həmkarlar ittifaqı təşkilatına ayrılması və sair istiqamətlər üzrə müəyyənləşib.

Görüşlərdə bu tələblərə dəqiq əməl olunması ilə bağlı fikirlər də səsləndirilib. O da qeyd olunub ki, KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə fəaliyyətin daim təkminləşdirilməsi məqsədinə xidmət edən belə maarifləndirici görüşlərin keçirilməsi bunda sonra da davam etdiriləcək. 








Oxşar xəbərlər