“Rusiyanın Qarabağa verdiyi töhfə həlledici oldu" - Putin


  • 12:12 / 23 06 2021 |
  • Bölmə: Siyasət


“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında verdiyi töhfə həlledici olub”.

“Rupor” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə 9-cu Moskva Konfransında çıxış edərkən bildirib.

“Rus sülhməramlılar bölgədəki sülhə və təhlükəsizliyə etibarlı şəkildə zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazinin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox iş görürlər”, - deyə Putin qeyd edib.




Oxşar xəbərlər