Təhsil naziri Ali Neft Məktəbində - Fotolar


  • 13:09 / 23 06 2021 |
  • Bölmə: Siyasət


Təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.

“Rupor” xəbər verir ki, ilk olaraq Bakı Ali Neft Məktəbinin tədris kampusuna, Ali Məktəbin maddi-texniki bazasına, sosial infrastrukturuna baxış keçirilib.

Nazir Ali Məktəbdə yaradılmış tədris şəraiti və tədqiqat mühiti ilə yaxından tanış olub, tədris otaqlarına, tədqiqat laboratoriyalarına baxış keçirib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris şəraiti, tələbələrə yaradılan imkanlar, həyata keçirilən tədqiqat işləri barədə nazirə ətraflı məlumat verib. Daha sonra BANM-in tələbə, professor-müəllim heyəti ilə görüşən nazir çoxsaylı sualları cavablandırıb.  

Görüşdə Ali Məktəbdə təhsil alan Prezident təqaüdçüləri, Respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olmuş və BANM-ə müsabiqədənkənar daxil olmuş tələbələr, eləcə də ən yüksək bal toplayan, Ünumi Orta Müvvəffəqiyyət Göstəriciləri yüksək olan tələbələr iştirak edib. 

Elmar Qasımov nazir Emin Əmrullayevin təşəbbüsü ilə Respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olmuş şagirdlərin ali məktəblərə müsabiqədənkənar qəbul olması sayəsində bu gün BANM-də onlarla istedadlı gəncin təhsil aldığını vurğulayıb. 

Təhsil naziri Emin Əmrullayev isə çıxışında Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitindən məmnunluğunu ifadə edib. 

E.Əmrullayev distant təhsil, distant diplomların tanınması, əlavə ixtisas dərslərinin alınması, orta məktəblərdə şagirdlərə bacarıqların öyrədilməsi, müəllimlərin işə qəbul prosesi, tələbə və şagirdlərin biliyinin qiymətləndirilməsi metodologiyası, buraxılış, qəbul və semestr imtahanları ilə bağlı sualları ətraflı cavablandırıb. 

Nazir yerli əmək bazarında kadr potensialının gücləndirilməsi üçün Bakı Ali Neft Məktəbində yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb. 
Sonda Emin Əmrullayevə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

















Oxşar xəbərlər