Ermənistanda yeni hökumətin formalaşmasını gözləmək lazımdır - Rusiya XİN


  • 19:41 / 23 06 2021 |
  • Bölmə: Siyasət


“Ermənistanda yeni hökumətin formalaşmasını gözləmək lazımdır”.

"Rupor" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Rusiya
Ermənistandan Cənubi Qafqazdakı öhdəlikləri ilə bağlı nələri gözləyir?” sualına cavabında deyib.

“Hazırda Ermənistan rəhbərliyinin ölkə qanunvericiliyinə müvafiq olaraq yeni tərkibinin formalaşması gedir. Ona görə də, bu prosesin bitməsini gözləmək lazımdır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.



Oxşar xəbərlər