Peskovdan Qarabağ açıqlaması


  • 16:13 / 21 07 2021 |
  • Bölmə: Siyasət


“Rusiya tərəfi Avropa İttifaqının Azərbaycan və Ermənistana dialoq qurmaqda kömək etmək istəyini alqışlayır”.

“Rupor” xəbər veirr ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Əgər vasitəçilik səyləri sülh, sabitlik gətirərsə, mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, bunu yalnız alqışlamaq olar”, - deyə Peskov bildirib.

O, üçtərəfli razılaşmanın həyata keçirilməsi prosesinin yaxşı getdiyini deyib və rəsmi Moskvanın əlavə vasitəçilik səylərinə qarşı olmadığını qeyd edib.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin daim azərbaycanlı həmkarı İlham Əliyevlə və Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqədədir.




Oxşar xəbərlər