İran sərhəddəki gərginliyə reaksiya verdi


  • 11:37 / 24 07 2021 |
  • Bölmə: Siyasət
 

Azərbaycan və Ermənistan arasındakı sərhəd hadisələrindən sonra İran Xarici İşlər Nazirliyinin rəsmi 
nümayəndəsi Səid Xatibzadə Cənubi Qafqazda qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb. 


“Rupor” 
xəbər verir ki, bununla bağlı İRNA agentliyi məlumat verib. Bildirilib ki, Xatibzadə 24 iyul tarixində hər iki tərəfdən bir neçə nəfərin öldürülməsi və yaralanmasından məyus olduğunu bildirən bir açıqlama yayaraq sərhəd mübahisələrini təmkinli və sülh yolu ilə həll etməyə çağırıb.

Mətbuat katibi, İranın davamlı bir barışıq üçün lazım olan hər hansı bir yardımı təklif etməyə hazır olduğunu söyləyib.
 



Oxşar xəbərlər