47 azərbaycanlı deportasiya edilir


  • 15:05 / 14 09 2021 |
  • Bölmə: Siyasət


Bu gün daha 47 azərbaycanlı Almaniyadan deportasiya edilir.

"Rupor" xəbər verir ki, onlar içərisində azərbaycanlı jurnalist Röya Rəfili də var.

O 3 uşağı ilə birlikdə Düsseldorf hava limanına gətirilərək ölkəyə geri qaytarılır.

Bu barədə paylaşım edən jurnalist bildirib ki, deportasiyaya səbəb yaşayış izninin olmamasıdır:

"Əlimdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi var, ona baxmırlar. Kiçik uşağın atası Əfqanıstan vətəndaşıdır, uşaq qanunla heç bir ölkəyə deport oluna bilməz. Həmçinin uşağın uçuş etməsi üçün mütləq atanın icazəsi olmalıdır, bunu da sayan yoxdur”.

Xatırladaq ki, Azərbaycanda “Yeni Müsavat” qəzetinin və "Kanal 13” internet televiziyasının əməkdaşı kimi çalışan Röya Rəfili 2017-ci ildə Almaniyaya mühacirətə gedib.




Oxşar xəbərlər