Kamran Əliyev şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdi - Video


  • 15:42 / 28 09 2021 |
  • Bölmə: Siyasət


Sentyabrın 27-də - Anım günündə Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

"Rupor" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olmaqla hərbi prokurorluqların açılış mərasimində iştirak edib.









Oxşar xəbərlər