Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi


  • 10:55 / 07 07 2020 |
  • Bölmə: Siyasət


Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı daha bir əmr imzalayıb.

"Rupor"  "Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis polkovnik-leytenantı Vilayət Allahverdiyev Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl həmin idarədə baş əməliyyat müvəkkili olub. Daha əvvəl isə Goranboy RPŞ-nin Cinayət Axtarış İdarəsinin rəisi olub.





Oxşar xəbərlər