Üçtərəfli iclas keçiriləcək


  • 23:33 / 15 10 2021 |
  • Bölmə: Siyasət


Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.

"Rupor" Report-a istinadən xəbər verir ki, iclas 18-19 oktyabr tarixlərində baş tutacaq.

Proqrama əsasən, heyətlər TBMM-də 15 iyul 2016-cı il tarixində çevriliş cəhdi zamanı "Şərəf" zalında zərər görən ərazini ziyarət edəcək.

İclas çərçivəsində oktyabrın 19-da Türkiyə, Azərbaycan ve Gürcüstan parlamentlərinin Xarici əlaqələr komissiyaları birgə mətbuat konfransı da nəzərdə tutulur.



Oxşar xəbərlər