"Havada Amerika dronları görünür” - Taliban


  • 22:13 / 20 10 2021 |
  • Bölmə: Siyasət


“Taliblərin lideri Haybatulla Axundzadə Əfqanıstandır, ancaq Amerikanın dron hücumundan ehtiyat etdiyi üçün ictimaiyyət arasına çıxmır”.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, bunu “Taliban”nın siyasi bürosunun nümayəndəsi Anas Hakkani deyib. 

“O, sağdır və əfqanıstandadır. Özüm onunla 10 gün əvvəl görüşmüşəm. Ancaq ölkənin hava məkanı o qədər də təhlükəsiz deyil və havada Amerika dronları görünür”, - deyə Hakkani qeyd edib. 

Xatırladaq ki, daha əvvəl KİV-də Axundzadənin terror aktı nəticəsində öldüyü yazılmışdı.



Oxşar xəbərlər