Üçtərəfli İşçi Qrupun görüşü keçirildi


  • 22:50 / 20 10 2021 |
  • Bölmə: Siyasət


Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun görüşü baş tutub.

“Rupor" Qafqazinfo-a istinadən  xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yayılıb. Bildirilir ki, görüş zamanı tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiya əlaqələrinin bərpası perspektivlərini müzakirə ediblər: 

“Oktyabrın 20-də Moskvada tərəflər üçtərəfli İşçi Qrupun səkkizinci iclasının birinci hissəsini keçirdilər. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bu ilin yanvarın 11-də qəbul etdikləri birgə bəyanat çərçivəsində bu sahədə görülən işlərin gedişatı müzakirə olundu”.



Oxşar xəbərlər