“Moskva atəşkəsin pozulmaması üçün əlindən gələni edir” -Zaxarova


  • 19:06 / 21 10 2021 |
  • Bölmə: Siyasət


“Moskva Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün əlindən gələni edir”.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. 

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son insidentlər oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı müzakirə edilib”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Baş Qərargahlar, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur.



Oxşar xəbərlər