Zaxarova əsirlərdən danışdı


  • 19:04 / 21 10 2021 |
  • Bölmə: Siyasət


“Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından indiyədək 122 saxlanılan şəxs dəyişdirilib”.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“2020 -ci ilin dekabrından bu yana 105 nəfər Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib. Mübadilə prosesinin davam edəcəyinə ümid edirik”- deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya bütün istiqamətlərdə Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün lazım olan hər cür dəstəyi verməyə davam etmək niyyətindədir.



Oxşar xəbərlər