MDB PA-nın video konfransı keçiriıdi


  • 21:00 / 21 10 2021 |
  • Bölmə: Siyasət


Oktyabrın 21-də MDB PA-nın 2 daimi komissiyasının və səhiyyə üzrə ekspert şurasının videokonfrans formatında iclasları keçirilib.

"Rupor" xəbər verir ki,İclaslarda 2020-cu ildə görülən işlər təhlil edilib, icraatlarda olan məsələlərə nəzər salınıb, model qanun və tövsiyə layihələri fikir plüralizmi şəraitində müzakirə olunub, rəy və təkliflər irəli sürülüb. Həmçinin komissiya iclaslarında təşkilati məsələlərə baxılıb, hər üç strukturun növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

İlk olaraq MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclası keçirilib.

İclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva da iştirak edib.
MDB-yə üzv dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyalarının layihələri və MDB-yə üzv dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyalarının qanunverici əsasları haqqında məruzə dinlənilib, seçkiləri və referendumları müşahidə üzrə MDB ölkələrinin beynəlxalq müşahidəçiləri üçün yeni tövsiyə layihəsi üzərində görülən işlər nəzərdən keçirilib. Sonra dövlət və bələdiyyə sektorunda seçkilərin keçirilməsinin bir çox aspektləri, həmçinin xidmətlərin göstərilməsi, əmlakın özəlləşdirilməsi kimi məsələlərlə bağlı model qanun layihələri müzakirə olunub.

Qeyd edək ki, Milli Məclisin deputatı Jalə Əliyeva “MDB üzv-dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyaları layihələri və MDB üzv-dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyalarının qanunverici əsasları haqqında” məsələ ilə bağlı səsvermədə Azərbaycan tərəfinin xüsusi mövqeyə malik olduğunu ifadə edib və buna görə də səsvermədə bitərəf qaldıqlarını bildirib.

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyanın onlayn iclasında isə gündəlikdə duran “Radiaktiv çirklənməyə məruz qalmış ərazilərin hüquqi rejimi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” (yeni redaksiyada), “İstehsal və istehlak tullantıları haqqında” ”(yeni redaksiyada), “Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında” (yeni redaksiyada), “Ekoloji informasiyanın əlçatanlığı haqqında” (yeni redaksiyada), “Ekoloji fondlar haqqında”, “Arıçılıq haqqında”, “Orqanik kənd təsərrüfatı haqında”, “Mədənçıxarma fəaliyyətinin ətraf ərazidə yaşayan əhalinin sağlamlığına potensial təsirinin qiymətləndirilməsi haqqında” model qanun və tövsiyə layihələrinə baxılıb, digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, iclasda Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyanın sədr müavini Mixail Zabelin də iştirak edib.

MDB PA nəzdində Səhiyyə üzrə Ekspert Şurasının iclasında “MDB üzv-dövlətlərində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bioetika, müqayisəli səhiyyə və bərpa  prinsipləri” mövzusunda informativ sessiya keçirilib. Sessiyada MDB üzv-dövlətlərində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlətlərin milli səhiyyə sistemlərinin təkmilləşdirilməsi aspektləri, biotəhlükəsizliyin təminatının hüquqi-təşkilatı yönləri, ilkin sosial-iqtisadi şərtlərin korrelyasiyası kimi məsəllər araşdırılıb, fikir mübadiləsi aparılıb.

Tədbirdə Milli Məclisin deputatı Anatoliy Rafailov  iştirak  edib.

Toğrul Quliyev




Oxşar xəbərlər