“İlham Əliyev Qarabağ məsələsində müdriklik nümayiş etdirdi” - Putin


  • 23:33 / 21 10 2021 |
  • Bölmə: Siyasət


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər.

"Rupor" Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında bildirib.

"Birincisi, həm Azərbaycan Prezidentinin (İlham Əliyevin-red), həm də Ermənistanın Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar", - deyə Putin vurğulayıb.

"Yenə də Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər", - Rusiya lideri qeyd edib.



Oxşar xəbərlər