"Türkiyə Ukraynaya açıq hərbi dəstək verəcək" - Politoloq


  • 20:16 / 26 11 2021 |
  • Bölmə: Siyasət


“Rusiya ilə Ukrayna arasında qarşıdurmanın eskalasiya həddinə gələcəyini ehtimal etmirəm. Bu baş verərsə, iki dövlət arasında qarşıdurma regional münaqişəyə çevriləcək. Buna isə tərəflərdən heç biri maraqlı deyil”.

Bu sözləri “Rupor”a açıqlamasında politoloq Zuriyə Qarayeva bildirib. 

Politoloq həmçinin onu da söyləyib ki, Rusiya Qərbin qarşıdurmada maraqlı olmadığını bilir:

“Məsələ orasındadır ki, Rusiya müharibə istəməsə də, Ukraynanın şərq sərhədlərində irəliləmək, starteji əhəmiyyətli şəhərləri tutmaq istəyir. Ukrayna isə Rusiyanın hədəflərindən hücum diplomatiyası ilə qorunur. Düşünürəm ki, Bayden Pentaqonda “müharibə baş verərsə, Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq. Sadəcə olaraq, soyuq müharibə şərtləri kontekstində Kremlə qarşı sanksiyaları gücləndirəcək, Rusiyanı beynəlxalq maliyyə bazarından sıxışdırıb çıxarmaqla kifayətlənəcək. Amerikalı siyasətşünas Zbiqnev Bzejinskinin “Bizə nə güclü Rusiya-maraqlarımıza ziddir, nə də zəif Rusiya. Əgər zəifləyərsə nüvə silahı terrorçuların əlinə keçər.  Bizə ortabab Rusiya lazımdır ki, nə maraqlarımıza nə də təhlükəsizliyimizə zidd olsun".  

Zuriyə Qarayeva Qərbin Rusiya-Ukrayna qarşıdurmasının tamamilə aradan qalxmasında maraqlı olmadığını həm də onunla əsaslandırıb ki, məqsəd Rusiyanı öz etnik bağları yaxın olan dövlətdən uzaq saxlamaq, Moskvanı Kiyevin varlığına ehtiyac duyduğu bir neçə platformadan kənar qoymaqdır. 

Politoloq bu məsələdə Türkiyənin rolundan da danışıb:

Türkiyə və Ukrayna arasında imzalanmış hərbi müqavilə və Ankaranın dünyada əzilən tərəfin yanında olması Rusiyanı qarşıdurmadan çəkindirir. Putin anlayır ki, Türkiyə Ukraynaya açıq hərbi dəstək verəcək. Hətta Putinin müşaviri Aleksandr Duqin canlı efirdə “Türkiyə Krımı tanıyarsa, Rusiya da Kipri tanıyar və 13 dövlətin də tanımasını təmin edər" tezisindən sonra belə Ərdoğanın Ukrayna məsələsində mövqeyi dəyişmədi.

Toğrul Quliyev



Oxşar xəbərlər