"Hər iki həmkarımla razıyam" - Putin


  • 21:00 / 26 11 2021 |
  • Bölmə: Siyasət


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə gözlənilən görüşü alqışlayıb.

 "Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısının sözlərinə görə, tərəflər arasında dialoqun aparılması vacibdir.

“Mən hər iki həmkarımla razıyam ki, nə qədər çox təmas, o cümlədən birbaşa əlaqələr olsa, o qədər yaxşıdır; birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. 

Bilirəm ki, sizin də yaxın vaxtlarda Brüsseldə görüşünüz təyin edilib, ora gəlməyə razılaşmısınız. Biz də bunu alqışlayırıq. Birbaşa ünsiyyət üçün nə qədər çox imkan olsa, bir o qədər yaxşıdır”
, - Rusiya lideri Soçidə üçtərəfli görüşdə deyib. 

Rusiya Prezidenti deyib ki, bu yaxınlarda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə bu barədə danışıb: 

“O, sizi gözləyir. Ümid edirəm ki, biz bir qədər irəliyə doğru addım atacağıq və başqa sahələrdə növbəti addımlar atmaq mümkün olacaq. Biz yalnız tərəfdaşların bu dialoqa cəlb olunmasını alqışlayırıq, əsas odur ki, bu, faydalıdır”.



Oxşar xəbərlər