Putin Paşinyanla görüşür - Yenilənib


  • 23:52 / 26 11 2021 |
  • Bölmə: Siyasət


“Hazırda Soçidə Prezident Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb”.
 

"Rupor" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
 
"Üçtərəfli görüş başa çatıb. Prezidentlər media üçün birgə bəyanatla çıxış ediblər, bir müddət sonra açıqlanacaq", - Kreml sözçüsü bildirib.
×××
“Rusiya Ermənistanla münasibətlərin strateji və müttəfiq xarakterini yüksək qiymətləndirir”.

Rupor” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdə deyib.

"Rusiya ilə Ermənistan arasındakı münasibətlər strateji xarakter daşıyır, müttəfiqdir, dərin tarixi köklərə malikdir. Biz bunu çox yüksək qiymətləndiririk və əlaqələrimizin bu səviyyəsini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik", - deyə Putin bildirib.

Putin Paşinyanla görüşdə ölkələr arasında ticarət dövriyyəsinin pandemiyadan əvvəlki səviyyəyə çatacağına ümid etdiyini bildirib.

"Düzdür, son bir ildə ticarət dövriyyəsi bir qədər azalıb. Lakin bu il ticarət dövriyyəmiz sürətlə inkişaf edir və ümid edirəm ki, nəinki pandemiyadan əvvəlki səviyyəyə çatacaq, hətta biz daha da irəli gedəcəyik", - Putin əlavə edib



Oxşar xəbərlər