"Münaqişə başa çatıb" - Ceyhun Bayramov


  • 20:50 / 02 12 2021 |
  • Bölmə: Siyasət


“30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb”.

"Rupor" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Nazirlər Şurasının iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması silahlı münaqişəyə son qoyub və Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün mühüm parametr olub. 

XİN başçısı qeyd edib ki, Azərbaycan münaqişədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işlərinə başlayıb. 

"Yalnız bu il dövlət büdcəsindən bu məqsədlər üçün 1,3 milyard manat vəsait ayrılıb", - deyə o əlavə edib.





Oxşar xəbərlər