Avropa İttifaqından Ukraynaya milyonluq yardım


  • 22:44 / 03 12 2021 |
  • Bölmə: Siyasət


Avropa İttifaqı (Aİ) hibrid hücumlara qarşı mübarizə üçün Ukraynaya 1,4 milyon avro yardım göstərəcək. 

"Rupor" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas ölkənin daxili işlər naziri Denis Monastırski ilə görüşündən sonra bildirib.

O bildirib ki, Monastırski ilə Ukrayna-Belarus sərhədindəki vəziyyətlə bağlı söhbət edib. 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dekabrın 2-də bildirib ki, Avropa Şurası Ukraynaya Avropa Sülh Fondu çərçivəsində vəsait ayırmağa qərar verib. Maliyyə paketinə, xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin potensialının inkişafı və gücləndirilməsi üçün maddi-texniki yardımın göstərilməsi daxildir. 






Oxşar xəbərlər