Erməni generaldan sənədlərin saxtalaşdırılmasına dair açıqlama


  • 00:04 / 04 12 2021 |
  • Bölmə: Siyasət


Keçmiş səhra komandiri, 1-ci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalına rəhbərlik edənlərdən biri, 2-ci Qarabağ müharibəsində Xankəndində qondarma “təhlükəsizlik şurasının katibi” vəzifəsini tutan Samvel Babayan Ermənistanın keçmiş müdafiə naziri və Baş qərargah rəislərinin, o cümlədən, indiki Baş qərargah rəisinin “həbsdə otumalı olduğunu” deyir.

"Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, Babayan bu haqda “Hraparak” qəzetinə danışıb.

O deyib ki, 44 günlük müharibə zamanı verilmiş əmrlər və digər sənədlər hazırda saxtalaşdırılır. Çünki ordunun keçmiş və indiki rəhbərləri araşdırma zamanı öz cinayətlərinin üzə çıxmasından ehtiyat edirlər.

Onun sözlərinə görə, qondarma “DQR müdafiə nazirliyinə” və Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etmiş şəxslər izləri itirmək, müharibədəki məğlubiyyətin məsuliyyətinin altından qaça bilmək üçün sənədləri saxtalaşdırıblar, saxtalaşdırmaqda davam edirlər. Bu sənədlər isə ehtiyatda olan qüvvələrdən istifadə, silahlanma, müharibənin gedişində bu və ya digər mövqelərdən geri çəkilmə, habelə 44 günlük müharibəni bir çox digər aspektləri ilə əlaqəlidir.

“Mən bilirəm ki, indi Baş qərargahda oturanlar müharibə dövründə verilmiş əmrləri dəyişdirirlər, yeni saxta əmrlər hazırlayır. Bunu kimin göstərişi ilə edirlər, nə vaxtsa yoxlasalar, yəqin, özləri deyəcəklər”, - Samvel Babayan belə deyib.

Lakin o, əmrlərin məhz Baş nazir Paşinyanın göstərişi ilə saxtalaşdırıla biləcəyinə inanmaq istəmədiyini bildirib. Samvel Babayanın fikrincə, Paşinyana bu gərək deyildi.






Oxşar xəbərlər