Hər il əmək bazarına 100 mindən çox gənc daxil olur - Nazir açıqladı


  • 12:37 / 08 12 2021 |
  • Bölmə: Siyasət


“Son 4 ildə əmək müqavilələrinin sayı 30% artararaq, 1 milyon 685 minə çatıb, əməkhaqqı fondu 92% artıb”

"Rupor" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu fikirləri "Azərbaycan Karyera  İnkişafı" forumunda çıxışı zamanı deyib

Nazir bildirib ki, hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olması əmək qabiliyyətli əhalinin, eyni zamanda gənclərin layiqli məşğulluğunun təmin olunması istiqamətində qarşıya mühüm vəzifə qoyur:

“Əmək bazarına ilk dəfə daxil olan şəxslər bir sıra hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər. İxtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil”.



Oxşar xəbərlər