Ermənistanın yeganə xilası Azərbaycanın əlindədir - Ramiya Məmmədovanın şərhi


  • 09:35 / 31 12 2021 |
  • Bölmə: Siyasət
 

Bu yaxınlarda Türkiyə və Ermənistan bir masa arxasına oturub iki ölkə arasındakı gələcək münasibətləri çözməyə çalışacaqlar. Türkiyən ABŞ-dakı keçmiş səfir Sərdar Kılıc, Ermənistanı qatı milliyyətci, Türkiyədə erməni qəzetində calışmış, ölkəsində parlament sədrinin müavini Ruben Rubinyan təmsil edəcək.
 
Ermənistan və onun hazırkı rəhbərliyi Türkiyə ilə münasibətlərinin isinişməsi ücün əlindən gələni edir. Bu danışıqların Ermənistan ücün hec də asan başa gəlməyəycəyi indidən aydındır. Ermənistan Respublikasının 12 bəndlik Konstitusiyası və lobbisinin soyqırım məsələsini durmadan qabardaraq Türkiyəni və türk millətini özünün bir nömrəli düşməni elan etməsi danışıqlardakı gərgin abu-havanı daha da artırır.
 
44 günlük savaşda uduzan Ermənistan cəmiyyətini psixoz durumdan çıxarmadan, erməni ideoloqlarının xəstə təxəyyülləri ilə yazılmış Konstitusiyadakı bəndlərdə düzəliş edilmədən hansısa müsbət nəticəyə gəlmək çətin olacaq. Əgər onlar xəstə ideologiyalarından hüquqi olaraq imtina etsələr, tarixən inandıqları utopiyadan birdəfəlik əl çəkməlidirlər. Erməni cəmiyyəti buna hazırdırmı?!
 
İllərlə “Hayes Türkes” deyib türklərdən qanlı düşmən obrazı yaradan və onlara qarşı vəhşiliklər törədən ermənilər Azərbaycandan aldıqları Dəmir Yumruq zərbəsindən sonra bir də Osmanlı tokatını qaldıra biləcəklərmi?! Təbii ədalət həmişə qalib gəlir, ermənilər bu münasibəti haqq ediblər.
 
Yaxın tarıximizdə yaşadığımız Xocalı soyqırırmını xatırladıqca düşmənə "siz daha da pisinə layiqsiniz" demək gəlir icimizdən, lakin yenə də böyüklüyümüzü qöstərməklə, Allaha və dinimizə olan inancımıza sığınaraq, bu milləti gələcəkdə daha böyük faciələrdən qurtamaq naminə onlara əl uzadırıq.

Baş nazir Paşınyan sakitlik yaratmağa calışsa da Ermənistan daxilindəki kataklizimlər onun əleyhinə işləyir. Yeganə yol iki gonşu - Azərbacan və Türkiyə ilə normal qonşuluq münasibəti yaradaraq faciəvi vəziyyətdən qurtulmaqdır.

Bu danışıqlar prossesi Ermənistan ücün böyük lütfdür, onlar bu gerçəyi yaxşı anlayırlar. Sadəcə havadarları olan bəzi dövlətlər İrəvanın ağlını bəzən caşdırır və həmin qüvvələrə qüvənərək özünü ayaqda tutmağa calışır.

Lakin Türkiyə və Azərbaycanın 44 günlük savaşdan qazandığı bütün mənalarda ZƏFƏR erməni havadarlarını praqmatik davranmağa vadar edir. Bu mənada ümumən Türkiyə-Ermənistan danışıqları Azərbaycan-Ermənistan dialoqu ilə sinxronluq təşkil etməli, paralel aparılmalıdır. Əgər Bakı-İrəvan danışıqlarında kəsilmə olacaqsa, hansısa məsələlərdə erməni tərəfi qeyri-konstruktiv addım atacaqsa, Ankara da danışıqları bu gedişata uyğunlaşdırmalıdır. Ola bilməz ki, qardaşların birində işlər rəvan getsin, digərində razılaşma olmasın.

Danışıqlar ermənilərin ən böyük carəsidir. Əlbəttə sağlam düşünə bilməyən bir toplumu sərhədlərin açılması nəticəsində böyük qazanc əldə edəcəyinə inandırmaq ən ağrılı bir prosesdir. Azərbaycan qalibdir. Qaliblər həqiqəti həm də diqtə ilə reallaşdırmaq hüququna malikdirlər.



Oxşar xəbərlər