Zəfərə görə yenidən təltif edilənlər olacaq - Araşdırılır


  • 10:15 / 01 01 2022 |
  • Bölmə: Siyasət / Hadisə


"Vətən müharibəsində qazandığımız Zəfər işğala son qoydu, torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcundan biridir".

"Rupor" xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov deyib.

Qəhrəmanlıq, igidlik, şücaət göstərmiş hərbi qulluqçuların döyüş yolunun öyrənilməsinin, şəxsi heyət arasında təbliğ edilməsinin ideoloji işin tərkib hissəs olduğunu diqqətə çatdıran general-mayor onu da qeyd edib ki, Vətən müharibəsinin gedişi, döyüşlərin nəticələri, ayrı-ayrı rayonların işğaldan azad edilməsi, döyüş təcrübəsi, qələbələrin qazanılması müxtəlif hərbi qurumlar tərəfindən öyrənilir, təhlil edilir və yeni faktlar aşkarlanır. 

İdarə rəisi onu da vurğulayıb ki, aşkarlanan yeni faktlar əsasında fərqləndiyi məlum olan hərbi qulluqçular təltif olunurlar.




Oxşar xəbərlər