Hulisi Akar Ermənistana xeyir qazanmağın yolunu göstərdi


  • 22:00 / 03 01 2022 |
  • Bölmə: Siyasət / Hadisə


“44 günlük müharibədən sonra Minsk qrupunun həmsədrləri Prezident İlham Əliyevin qarşısına gəldilər. Əliyev “Sizi mənmi çağırdım, 30 ildir haradaydınız?” dedi. Önəmli olan cənab Prezidentimizin çağırışı ilə cənab İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük xeyri Ermənistana olacaq. İndiki hədəf Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və sonra da altıtərəfli münasibətlərin Qafqazda sabitliyi təmin etməsidir”.

"Rupor" xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bu fikirləri “Hüriyyət” qəzetinə müsahibəsində bildirib. 

H.Akar onu da xüsusi olaraq xatırladıb ki, Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı müddətdə heç bir beynəlxalq təşkilat bir iş görmürdü.



Oxşar xəbərlər