Rusiya – NATO Şurasının iclasının gündəliyi məlum oldu


  • 23:17 / 04 01 2022 |
  • Bölmə: Siyasət / Dünya


Yanvarın 12-nə təyin edilmiş Rusiya – NATO Şurasının iclasının gündəliyinə Avropada təhlükəsizlik, Ukraynadakı vəziyyət və hərbi şəffaflıqla bağlı məsələlər daxildir.

"Rupor" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında yazıb.

“Mən Avropada təhlükəsizlik, Ukraynada son vəziyyət, risklərin azaldılması və qarşılıqlı şəffaflıq məsələlərini müzakirə etmək üçün yanvarın 12-nə Rusiya – NATO Şurasının iclasını çağırdım” – deyə, Alyansın rəhbəri bildirib.




Oxşar xəbərlər