Qazaxıstandakı təxribatların xarici müəllifləri "özlərini yandırdılar"


  • 22:44 / 05 01 2022 |
  • Bölmə: Siyasət


"Qazaxıstanda "etirazçılar" tərəfindən irəli sürülən tələblər diqqətin əsas sifarişçidən, yaxud təxribatları stimullaşdıran mərkəzdən yayındırılmasına xidmət edir".

"Rupor" xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli şəxsi facebook hesabında yazıb. 

O qonşu ölkədə baş verən ixtişaşların alt qatında gizlənən mətləblərə aydınlıq gətirilmsi məqsədi ilə ritorik sual da ünvanlayıb. Qeyd edib ki, əks təqdirdə bu qədər kütləvi xarakter daşıyan iğtişaşların önündə dayanan gözəgörünməz "lider"lərin 11 tələbindən ikisi nədən Ukrayna ilə bağlı olsun ki? 

Elçin Mirzəbəylinin fikrincə Ukrayna ilə bağlı məsələlər "tələblərin" içərisinə məqsədyönlü şəkildə salınıb: "Qısa bir zamandan sonra Qazaxıstanda yaşayan rusların "təhlükəsizliyi" məsələsi gündəmə gələcək..."



Oxşar xəbərlər